Qaradağ rayonunda güclü yanğın SON DƏQİQƏ

12.05.2026

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, həmçinin yanğınsöndürmə və xilasetmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью