Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Qaradağ rayonu Lökbatan qəsəbəsində sakinlər su problemindən əziyyət çəkirlər.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, qəsəbənin 1-ci yaşayış massivi adlanan ərazisində 4 aya yaxındır ki 100 ailə susuz qalıb:
"Suyun təzyiqi çox aşağıdır. Küçənin yuxarı hissələrindəki evlərə su getmir. Bilmirik dərdimizi kimə deyək", - deyə şikayətçi vurğulayıb.