Qaradağa elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

06.11.2024

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Bakının Qaradağ rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Azərişıq” ASC-dən bildirilib ki, Qaradağ Rayon Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan bəzi ərazilərdə yenidənqurma işləri ilə əlaqədar noyabrın 6-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 14:30-dan 15:30-dək Qaradağ rayonu Qobustan qəsəbəsinin bir hissəsində və Ələt bağları adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью