Qaradağda 28 yaşlı gənci avtomobil vurdu

28.11.2024

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Qaradağ rayonunda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Avtosfer.az report-a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Qəhrəmanov Şəmistan Əvəz oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью