Qaradağda 9 mərtəbəli binada yanğın

11.03.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 51 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları və içərisində olan ev əşyaları 25 m² sahədə və qismən 1 ədəd qapı yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью