Icma.az, Lent az saytına istinadən bildirir.
Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində qeydə alınıb.
“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” markalı yük avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşın həyatını itirərək deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 33 yaşlı Əliyev Rəmzi Savet oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.