Qaradağda avtomobil saxlanıldı 7 qutudan nə çıxdı?

17.11.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı şəhərinin Qaradağ rayonunda minik avtomobilindən 576 ədəd pirotexniki vasitə aşkar edilərək götürülüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qanunsuz dövriyyəyə qarşı mübarizə çərçivəsində xeyli miqdarda pirotexniki vasitə aşkarlanıb. ShopByBro

Qaradağ rayonu ərazisində keçirilən tədbir zamanı Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib. Nəticədə 7 karton qutuda 2 adda ümumilikdə 576 ədəd pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью