Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Qaradağ rayonunda evakuator və onun üzərində daşınan avtomobil yanaraq yararsız vəziyyətə düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 13-də axşam saatlarında Sədərək-Binə yolunda, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.
Belə ki, hərəkətdə olan “Qazel” markalı evakuator qəfil alovlanıb. Alov qısa müddətdə evakuatorun üzərində daşınan “Changan” markalı avtomobili də bürüyüb. Nəticədə hər iki nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Yanğın yanacaqdoldurma məntəqəsinin əməkdaşlarının müdaxiləsi ilə söndürülüb.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/227855.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler