Qaradağda Kia dəmir arakəsməyə girdi VİDEO

06.09.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Səhər saatlarında paytaxtın Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, 77-UM-473 dövlət nömrə nişanlı "KIA Sorento" avtomobili dəmir arakəsməyə çırpılıb.

Dəmir məhəccər maşının ön hissədən girərək arxadan çıxıb. Hadisə nəticəsində sürücü xəsarət alıb, avtomobilə ziyan dəyib.

Hadisəyə sürücünün sükan arxasında yuxulamasının səbəb olduğu bildirilir.

Seymur Əli



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью