Qaradağda qəbul keçirildi Fotolar

20.11.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Noyabrın 20-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev Qobustan qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, 280 sakinin iştirak etdiyi görüşdə RİH başçısı Natiq Əliyev ölkədə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, regionların inkişafı, eləcə də əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Qəbul zamanı qəsəbə sakinlərinin müraciətləri, onları narahat edən məsələlər və irəli sürdükləri təkliflər dinlənilib. Eyni zamanda, əvvəlki səyyar görüşdə qaldırılmış problemlərin həlli istiqamətində görülmüş işləri əks etdirən təqdimat sakinlərə nümayiş etdirilib.








Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью