Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb

19.11.2024

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının Qaradağ rayonunda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, 1996-cı il təvəllüdlü Qəhrəmanov Şəmistan Əvəz oğlunun idarə etdiyi minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.

Yaralı ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью