Qaradağda qəza: “Toyota” dəmir maneələrə çırpıldı, bir nəfər xəsarət aldı RƏSMİ VİDEO

12.02.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paytaxtın Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, qəza fevralın 11-də saat 12:45 radələrində qeydə alınıb: “Bakı-Qazax-Gürcüstan yolunun 23-cü kilometrliyində (Bakı istiqamətində) baş verib. Hərəkətdə olan “Toyota Carolla” markalı avtomobil yoldan çıxaraq öncə dəmir maneələrə çırpılıb, ardınca dərəyə düşüb. Hadisə zamanı avtomobil sıradan çıxıb, bir nəfər xəsarət alıb”.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью