Icma.az, Oxu.az portalına istinadən məlumat yayır. Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 17-ci kilometrində, yolun Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Səhər saat 5:30-da Bakı istiqamətində hərəkətdə olan Həsən Hilal oğlu Məmmədov 77-UM-473 dövlət nömrə nişanlı "KIA Sorento" avtomobilinin sükanı arxasında yuxulayıb.
Hadisə nəticəsində avtomobil magistralın kənarındakı dəmir məhəccərə dəyib. Məhəccər maşına ön hissədən girərək arxadan çıxıb.
Hadisə nəticəsində sürücü xəsarət alıb, avtomobilə ciddi xəsarət dəyib. Faktla bağlı araşdırma aparılır.
View this post on Instagram A post shared by Oxu.Az (@oxuaz) Samir Əli Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.