Qaradağda yanğın oldu YENİLƏNDİ

13.02.2026

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Bakının Qaradağ rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyinindən Sherg.az-a verilən xəbərə görə, Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlərin məskunlaşdığı ümumi sahəsi 900 m² (hər mərtəbəsi 450 m²) olan ikimərtəbəli binanın pilləkən qəfəsində quraşdırılan 1 ədəd elektrik sayğacı və 1 ədəd qoruyucu açar yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş otaqdan 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью