Qaradağda yaşayış məhəlləsi zibilliyə çevrilib Sakinlər narazıdır

24.11.2025

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan sakinlər ərazidə yaranmış antisanitar vəziyyətdən ciddi narazılıq edirlər.

Bu barədə sakinlərdən biri BAKU.WS-in "qaynar xətti"nə şikayətində deyib.

Bildirilib ki, yaşayış məhəlləsi faktiki olaraq zibilliyə çevrilib. Həm qonşular, həm də yoldan keçən şəxslər məhəllənin kənarına zibil atırlar. Bu isə ərazidə kəskin qoxuya və mikrob yayılmasına səbəb olur, insanların həyətə çıxmasını belə çətinləşdirir.

Yerli sakinlər məsələ ilə bağlı tez bir zamanda tədbir görüləcəyinə ümid edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью