Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Noyabrın 6-da Qaradağ rayonu Lökbatan qəsəbəsində Yerləşən “Cadenza – Baku” şadlıq sarayında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin işığında” adlı tədbir keçirlib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ rayon İcra hakimiyyətinin başçısı Natiq Əliyev, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı, YAP Təftiş komissiyasının üzvü Aydın Hüseynov, Milli Məclisin deputataı Zaur Şükürov, Lökbatan Tibb Mərkəzinin direktoru, professor Elçin Hüseynov, Qaradağ rayon Ağsaqqallar Şurasınnı sədri Ramin Məmmədov, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, YAP rayon təşkilatı ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev tədbir iştirakçılarını möhtəşəm Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, 44 gün davam edən Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz döyüş əməliyyatlarını müasir hərbi texnikadan məharətlə istifadə edərək yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürüb və Zəfər qazanıb. Bununla da tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə qürurvericidir. Bu gün qələbəmizin ildönümünü şəhidlərimizin xatirəsinə dərin ehtiram, ordumuza minnətdarlıq hissləri ilə qeyd edirik.
YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək qeyd edib ki, xalqımızın müzəffər ordumuza inamı və dəstəyi, həmçinin ölkəmizdə yaşanan milli və siyasi həmrəylik Vətən müharibəsində möhtəşəm Zəfərimizin ideoloji əsaslarını təşkil edib. Bu tarixi qələbə bütün dünya azərbaycanlıları tərəfindən həmişə yüksək qiymətləndiriləcək, Azərbaycan tarixinə qızıl hərflərlə yazılaraq əbədi qalacaq və heç vaxt unudulmayacaq. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq, gənc nəsl üçün rəşadət və qorxmazlıq nümunəsi olacaq.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, 2020-ci ilin 8 noyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağın tacı olan Şuşa şəhərini işğaldan azad edib. Bu tarixi Qələbə ilə 30 ilə yaxın davam edən ədalətsizlik və işğal dövrünə son qoyulub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Aydın Hüseynov bu gün ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın ailələrinin, eləcə də qazilərin və veteranlara Azərbaycan dövləti tərəfindən xüsusi diqqət və qayğı ilə yanaşıldığını vurğulayıb.
Millət vəkili Zaur Şükürov tarixi qələbənin ildönümü münasibətilə tədbir iştirakçılarının təbrik edərək bu cür tədbirlərin əhəmiyyətindən, müharibə veteranlarının və qazilərin gənc
nəslin vətənpərvərlik tərbiyəsində oynadığı böyük roldan bəhs edib. Şəhidlərimizə rəhmət, şəhid ailələrinə səbr, qazilərimizə can sağlığı arzulayıb.
Tədbirdə çıxış edən Şəhid anası Zərifə Qədirova Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun şücaətindən və 44 günlük Vətən müharibəsində tarixi Zəfər nəticəsində torpaqlarımızın erməni işğalından azad edilməsindən, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının qəhrəmanlıqlarından danışıb. Onların xatirəsinin xalqımız tərəfindən daim yüksək qiymətləndirildiyini vurğulayıb.
Lökbatan Tibb Mərkəzinin direktoru, professor Elçin Hüseynov Azərbaycan xalqını böyük Zəfərə aparan yolun Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışı, eləcə də uğurlu xarici və daxili siyasəti ilə başladığını bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı Zəfər nəticəsində 30 ildən artıq işğal altında qalan torpaqlarımızın azad edilməsinin böyük tarixi nailiyyət olduğunu vurğulayıb.
Tədbirdə digər çıxış edənlər - Qaradağ rayon Ağsaqqallar Şurasınnı sədri Ramin Məmmədov və ehtiyatda olan polkovnik -leytenant, Vətən müharibəsi veteran Sahib Hüseynov dağıdılmış kəndlərimizin, şəhərlərimizin yenidən qurulmasının, doğma yurd-yuvalarından didərgin düşmüş insanların öz ata-baba torpaqlarına qaytrarılmasının dövlətimizin gücü, dövlət başçımızın uğurlu siyasəti və sarsılmaz xalq-ordu-rəhbər birliyi sayəsində həyata keçirildiyini vurğulayıblar.
Tədbirdə bir qrup qaziyə YAP Qaradağ rayon təşkilatının Fəxri fərmanları və qiymətli hədiyyələr, Yeni Azərbaycan partiyasına qəbul edilmiş gənclərə partiya vəsiqələri təqdim edilib.
Tədbir bədii proqarmla başa çatıb.