Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qaradağ rayonunda zəncirvari qəza baş verib.
Avtosfer.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə oktyabrın 1-də saat 21:26 radələrində Bakı-Qazax avtomobil yolunun 45-ci kilometrliyində qeydə alınıb.
Belə ki, hərəkətdə oln dörd maşın toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
Əraziyə yol-patrul xidməti əməkdaşları cəlb olunub. Hazırda ərazidə nəqliyyat vasitələrinin sərbəst və təhlükəsiz hərəkəti təmin edilib.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/228038.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler