Qaradağdakı avtobus qəzasında 2 nəfər ölüb, 9 nəfər yaralanıb VİDEO

25.12.2025

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

25 dekabr 2025-ci il, saat 09:00 radələrində Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

TƏBİB-dən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Xəsarət alan 9 nəfər (4 qadın, 4 kişi və 1 uşaq) zəruri tibbi xidmət göstərildikdən sonra Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qəza nəticəsində 2 nəfər (1 kişi və 1 qadın) hadisə yerində vəfat edib.

Qeyd edək ki, hadisəni 122 saylı avtobus törədib. Avtobus Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edərkən Sahil qəsəbəsi ərazisində qəza edib.

Mina Mikayılova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью