Qaradərili müəlliflər üçün nəşriyyat yaradıldı

01.09.2026

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Portuqaliyada yalnız qaradərili müəlliflərin əsərlərini işıqlandırmaq məqsədilə "Kiala" adlı yeni nəşriyyat brendi fəaliyyətə başlayıb.
Kulis.az xəbər verir ki, brendin təsisçisi Elqa Fontes bu addımın qaradərili yazarların yalnız irqçilik və əzab mövzularında deyil, bütün sahələrdəki yaradıcılığını geniş auditoriyaya çatdırmaq məqsədi daşıdığını bildirib.
“İşıq gətirmək" mənasını verən "Kiala" qaradərili müəlliflərin ədəbiyyatda istisna deyil, ümumi kitab bazarının təbii bir parçasına çevrilməsini hədəfləyir.
Nəşriyyatın ilk təqdim etdiyi əsər amerikalı yazar Mikki Kendallın "Feminismo na Periferia" kitabı olub.
Noyabr ayında isə Nigeriya əsilli yazıçı Akvaeke Emezinin "A Morte de Vivek Oji" romanının oxuculara təqdim edilməsi planlaşdırılır.

2026-cı ildə iki, 2027-ci ildə isə üç kitab yayımlamağı planlaşdıran brend gələcəkdə portuqaliyalı qaradərili yazıçıların da əsərlərinə yer ayırmağı nəzərdə tutur.

"Həyatla ölüm arasındakı xətt göz qapağından qalın deyil..." - Yapon yazıçıdan sitatlar Türkiyədə 11 min illik heykəl tapıldı Tanınmış italyan ifaçı vəfat etdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью