Qaradərili olduqlarına görə doğum evində qadınlara ağrıkəsici verilməyibmiş | Icma.az
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq. Böyük Britaniyanın Milli Səhiyyə Sistemində həm işçilərə, həm də xəstələrə təsir edən irqç
Ölkə.Az “The Times”a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə Naziri Ues Stritinq məlumat yayıb.
Bu gün açıqlanacaq hesabatdan əvvəl nazir Stritinq ölkənin səhiyyə sistemində irqçilik probleminin mövcudluğunu vurğulayıb.
Nazirin sözlərinə görə, ölkədə qaradərili qadınların dörddə biri ayrı-seçkiliyə məruz qalıb.
Nazir deyib ki, həkimlər bəzi qaradərili qadınlara "güclü qara qadınlar" olduqlarını deyərək doğum evlərində onlara ağrıkəsici verməyib.
Hesabatı 2019-cu ildə iki ana tərəfindən qurulan “Fivexmore” təşkilatı hazırlayıb.
Təşkilatın hesablamalarına görə, qaradərili qadınların doğuşdan əvvəl, doğuş zamanı və ya doğuşdan sonra ölmə ehtimalı ağ qadınlara nisbətən beş dəfə çoxdur.
Bu gün qaradərili qadınların doğuş zamanı ağdərili qadınlara nisbətən ölmə ehtimalı 2,3 dəfə çoxdur.
Tam oxu
Xəbəri oxu