“Qaraheybət” şəhidləri də təltif olunub ADLAR

17.08.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) şəhid hərbi qulluqçuları “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Modern.az xəbər verir ki, təltif edilən şəhidlərdən 11-i 30 noyabr 2021-ci il tarixində Xızıdakı “Qaraheybət” aviasiya poliqonunda təlim zamanı helikopterin qəzaya uğraması nəticəsində həlak olmuşdu.
Bunlar aşağıdakı şəhidlərdir:

Polkovnik - Nəzirov Emil Nəzir oğlu
Mayor - Əhmədov Elbrus Səmrəddin oğlu
Mayor - Mayılov Emil Şahid oğlu
Mayor - Məmmədov Murad Yaşar oğlu
Mayor - Əliyev Emil Elman oğlu
Tibb xidməti kapitanı - Əhmədxanov Ceyhun Xanlar oğlu
Kapitan - Bayramlı Cavid Əhliman oğlu
Kapitan - Qaraisayev Teymur Ənvər oğlu
Leytenant - Süleymanov Abdulla Telman oğlu
Baş leytenant - Nağıyev Fərid Təyyar oğlu
İşçi - Nəbiyev Elçin Fikrət oğlu.
Xatırladaq ki, “Qaraheybət” şəhidlərinin sayı 14 nəfərdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью