Qarajda 3 gənc oğlanın meyiti tapıldı

07.11.2024

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Rusiyanın Sankt-Peterburq şəhərində qarajda 3 gəncin meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Vsevolojsk rayonunun Şçeqlovo kəndində baş verib. Kənd sakini qarajda 20-25 yaş arası üç gəncin meyitini tapıb.

Gənclərin meyiti maşında aşkar edilib.

Onların ölümünün ilkin versiyası dəm qazından zəhərlənmədir.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью