Qarajda unudulan 57 ilin maşınını görün nə hala gətirdilər VİDEO

15.01.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

30 il ərzində qapalı qarajda toxunulmadan saxlanılan 1969-cu il istehsalı “Porsche” avtomobili genişmiqyaslı bərpadan sonra yenidən işlək vəziyyətə gətirilib. 

Avtosfer.az xəbər verir ki, klassik avtomobil aparılan əsaslı təmir nəticəsində demək olar ki, ilkin görünüşünü və texniki vəziyyətini bərpa edib.

Məlumata görə, uzun illər istifadəsiz qaldığı üçün avtomobilin bir çox mexaniki və konstruktiv hissəsində aşınma və sıradan çıxma halları müşahidə olunub. Bərpa prosesi zamanı mühərrik, kuzov, şassi, daxili və xarici elementlər ayrı-ayrılıqda sökülərək yenilənib.

Aparılan dəqiq və mərhələli işlər nəticəsində avtomobilin bütün əsas komponentləri təmir edilib, sıradan çıxmış detallar orijinala uyğun hissələrlə əvəzlənib. Nəticədə 1969-cu il buraxılışlı “Porsche” həm texniki, həm də vizual baxımdan demək olar ki, zavod vəziyyətinə qaytarılıb.

Qeyd edək ki, bu cür bərpa layihələri klassik avtomobillərin tarixi və kolleksiya dəyərini qorumaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Eltac Zülfüqaroğlu

Oxunub 26

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью