QaraməryəmİsmayıllıŞəki avtomobil yolunda yol qəzası olub, 2 nəfər ölüb

22.12.2024

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dekabrın 22-də saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobilin sürücüsü Orxan Rəhimlinin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

APA-nın yerli bürosu xəbər verir ki, nəticədə sərnişinlər 24 yaşlı Səfər Rəşidov hadisə yerində və həmyaşıdı Şükür Şükürlü isə xəstəxanada ölüb. Sürücü və daha bir sərnişin isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью