“Qaranlıq” turizm üçün cənnət: 100 mindən çox insanın öldüyü adanın SİRRİ | Icma.az
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Adanı ziyarət etmək üçün hər kəsə verilməyən xüsusi icazə almaq lazımdır.
Povelya adası İtaliyanın ən sirli və qorxulu yerlərindən biridir.
Hurriyyet.az lent.az-a istinadən xəbər verir ki, o, ictimai ziyarətlərə açıq deyil və onu şəxsən görmək üçün xüsusi icazə almaq lazımdır.
Ada əvvəlcə 7-ci əsrdə məskunlaşıb və yaşamaq üçün sakit bir yer olub.
1378-ci ildən 1381-ci ilə qədər davam edən Koci müharibəsi zamanı hər şey dəyişib. Nəticədə, Povelya tərk edilib.
1776-cı ildə ada yerli İctimai sağlamlıq idarəsinin nəzarətinə keçib və gömrük nəzarəti üçün istifadə edilib.
Vəba zamanı bu yerdə karantin təşkil edilib və 20-ci əsrdə Povelyada psixiatriya xəstəxanası yerləşib.
Adanın ən dəhşətli tarixi odur ki, vəba zamanı orada xəstələrin cəsədləri yandırılıb.
Tam oxu
Xəbəri oxu