Qaranlıqda yolu qaçaraq keçən təmizlik işçisi sürücüyə çətin anlar yaşatdı VİDEO

19.12.2024

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paytaxtın Səbail rayonu Salyan şosesində qayda pozan piyadalar görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Görüntüdən də aydın olduğu kimi, piyadalar yolu təyin olunmamış yerdən keçərək təhlükə yaradıblar. Hətta Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin işçisi qarşıdan gələn avtomobili görsə də qaçaraq yolu keçib.
Qeyd edək ki, sözügedən ərazidə piyadaların təhlükəsizliyi üçün nizamlanmış keçid mövcuddur. Lakin bəzi piyadalar qayda pozaraq həm öz həyatlarını, həm də sürücüləri təhlükəyə atırlar. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью