Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əskərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Axar.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sərbəst ifadə verməkdən imtina edib.
O, ilk olaraq zərərçəkənlərin və şahidlərin dindirilməsini istəyib.
B.Əskərovun vəkili də əvvəlcə zərərçəkmişlərin dindirilməsini xahiş edib.
Məhkəmə keçən iclasda öncə təqsirləndirilən şəxsin dindirilməsinə qərar verdiyi üçün Bəhruz Əskərovun ibtidai istintaqdakı ifadəsi elan olunub.
Bəhruz Əskərov ibtidai istintaqdakı ifadəsində bildirib ki, ona Lənkəranın icra başçısına sui-qəsd etmək tapşırığı verilib və sui-qəsd üçün lazım olan silahın xarici ölkədə yaşayan şəxslərdən alınacağı bildirilib.
Bunun üçün əl qumbarasının da təşkil olunacağı söylənilib. Növbəti məhkəmə prosesi zərərçəkmişlərin dindirilməsi məqsədilə gələn il yanvarın