Qaratallar kimyaçılar a qarşı

23.10.2026

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının 9-cu turunun ilk oyun gününə Zirədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, Bakıətrafı qəsəbənin eyni adlı təmsilçisi "doğma divalar" arasında "Sumqayıt"ı qonaq edir.

RƏşad Sadqıovun baş məşqçisi olduğu kollektiv mövsümə ardıcıl 3 qələbə ilə start versə də, artıq 5 turdur ki, qələbə üzünə həsrətdir. Qonaqlar isə əksinə, ilk turlarda 3 xal qazana bilməsə də, ardıcıl son iki turda meydanı qalibiyyətlə tərk etməyi bacarıb. Aktivində 12 xal olan "qartallar" turnir cədvəlinin 6-cı, "kimyaçılar isə 8 xalla 8-ci pillədə qərarlaşıb. Meydan sahibləri məhz bu görüşdə "qara zolaq"dan çıxmağa çalışacaq. Qonaqlar isə qələbə seriyasını uzatmaq üçün mübarizə aparacaq. Sonda kimin istəyinə nail olacağını 90 dəqiqənin tamamında biləcəyik.

Qeyd edək ki, turun digər oyunları sabah və bazar günü keçiriləcək.

Misli Premyer Liqası

I dövrə, IX tur

19:00. "Zirə" - "Sumqayıt"

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İslam Məmmədov
VAR: Kamal Umudlu 
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Şahin Cəfərov 
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə. İdman Kompleksinin stadionu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью