Qarayara heyvanlarda necə yaranır? Baytar AÇIQLADI

14.08.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Samux rayonunda 9 nəfərdə "qarayara" xəstəliyi aşkar edilib. Müəyyən edilib ki, şübhəli şəxslər iribuynuzlu heyvanlarla təmas ediblər.

Bəs "qarayara" xəstəliyi heyvanlarda necə yaranır? Həmin xəstəliyin heyvanlar üçün hansısa müalicəsi varmı?

Baytar Cansu Məmmədova Redaktor.az-a açıqlamasında qeyd etdi ki, "qarayara" xəstəliyi heyvanlarda əsasən torpaqda uzun müddət canlı qala bilən "Bacillus anthracis" bakteriyasının sporları ilə yoluxma nəticəsində yaranır:

"Xüsusilə otlaqda sporlarla çirklənmiş yem və su vasitəsilə yoluxa bilirlər. Xəstəlik çox ağır və sürətli inkişaf etdiyi üçün heyvanda müalicə çox vaxt mümkün olmur və ölüm halları yüksəkdir. Erkən mərhələdə baytar nəzarəti ilə antibiotik müalicəsi tətbiq oluna bilər, lakin əsas qorunma yolu peyvəndləmə və xəstə heyvanların sağlamlardan təcrid edilməsidir. İnsanlara da yoluxa bildiyi üçün şübhəli heyvanla təmasdan çəkinmək və dərhal baytarlıq xidmətinə məlumat vermək vacibdir".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью