Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Qarazirə tam bir vitamin mineral deposudur.
Onun tərkibində omeqa 3, omeqa 6, yağ turşuları, kalsium, kalium, maqnezium, dəmir, mis, A vitamini, B, B12, B2 vitaminləri var.
Gündə 2 xörək qaşığı qarazirə tumları gündəlik kalsium ehtiyacını ödəyir.
Yaxşı olardı hamımız qarazirəni xəstə olmayan vaxtlarda qəbul edək ki, xəstələnməyək.
Qarazirə immuniteti gücləndirir, nəfəs çatışmamazlığında, təngənəfəslikdə, bronxial astmalarda, bütün virus xəstəliklərinin müalicəsində və profilaktikasında faydalıdır, hər gün qarazirənin istər özündən, istərsə də yağından qəbul edən insanlar adicə qrip və başqa infeksion xəstəlikləri çox yüngül keçirirlər.
Qarazirədən hər gün istifadə edənlər heç vaxt şiş xəstəliyinə tutulmazlar istər bəd xassəli olsun, istər xoş xassəli.
Son araşdırmaların nəticələrinə görə prostat vəzin xərçəngində müasir preparatlardan 10 dəfə daha tez təsirini göstərmişdir.
Prostat vəzin adenomasında yüksəlmiş olan PSA göstəricisini qarazirəli məcunla 12-dən 3-ə qədər salmışdım.