Qarda yıxılan 90 nəfər Travmatologiyaya müraciət edib

25.02.2025

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 24 fevral tarixindən bu saata qədər 90 nəfər müraciət edib.

Bu barədə Modern.az-a İnstitutdan məlumat verilib.

Xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. 15 nəfər əməliyyat üçün stasionara qəbul edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью