Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Qarlı və şaxtalı havalarda sürüşkən yollar sürücülər üçün ciddi təhlükəyə çevrilir. Bir çox hallarda insanlar buzlanmanın qarşısını almaq üçün xörək duzuna üz tutur. Bəs bu üsul doğrudanmı effektivdir, yoxsa sadəcə vərdişdir?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev KONKRET.az-a açıqlamasında bildirib ki, duzun əsas təsiri su ilə qarışdıqda ortaya çıxır:
“Duzun mahiyyəti ondan ibarətdir ki, duzlu su donmur. Su səpməyin məqsədi də həmin ərazidə duzlu su effekti yaratmaqdır ki, buz əmələ gəlməsin. Sadəcə bir-iki qutu xörək duzunu quru halda səpməklə avtomobil yollarında nəticə əldə etmək mümkün deyil”.
Ekspert qeyd edib ki, xörək duzu yalnız məhdud ərazilərdə – həyətlərdə, pilləkənlərdə və piyada yollarında müəyyən qədər fayda verə bilər.
“Avtomobillərin hərəkət etdiyi əsas yollara xörək duzu səpmək həm effektli deyil, həm də məqsədəuyğun sayılmır. Bu tip yollar üçün xüsusi texniki duzlardan və qarışımlardan istifadə olunmalıdır”, – deyə Y.Mustafayev vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az