Qardabanidə qızqaçırma 3 nəfər saxlanıldı

02.02.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanın Kvemo Kartli bölgəsində, azərbaycanəsilli Gürcüstan vətəndaşlarının kompakt yaşadığı Qardabani bələdiyyəsində qızqaçırma faktı ilə bağlı üç nəfər həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1996-cı il təvəllüdlü K.K., 1992-ci il təvəllüdlü S.K. və 1997-ci il təvəllüdlü E.B. saxlanılıb. Onlar əvvəlcədən əlbir olan qrup halında qanunsuz azadlıqdan məhrumetmə və evlilik məqsədilə zorlama ittihamları ilə təqsirləndirilirlər.

İstintaqın müəyyən etdiyinə görə, şübhəlilər 2006-cı il təvəllüdlü bir qızı zorla avtomobilə mindiriblər, onu qanunsuz şəkildə azadlıqdan məhrum ediblər və evlənmək məqsədilə cinsi zorakılıq tətbiq ediblər.

Rəsmi məlumata əsasən, hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsləri cinayətdən qısa müddət sonra saxlayıblar.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsi (qanunsuz azadlıqdan məhrum etmə) və 137-ci maddəsinin 1-ci hissəsi (zorlama) üzrə aparılır. Qeyd olunan maddələr 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

İstintaq tədbirləri davam etdirilir./Report

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью