Qardabanidə Yeni il yolkası yandı Video

23.12.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Gürcüstanın Kvemo Kartli bölgəsində yerləşən Gardabani şəhərində Yeni il yolkasının işıqlandırılması mərasimi yanğınla başa çatıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə bayram tədbiri zamanı yolkanın işıqlandırılması prosesində baş verib. Qısa müddətdə alov yaranıb və yolkanın bir hissəsi yanıb.

Məlumata görə, insident zamanı xəsarət alan olmayıb. Yanğın operativ şəkildə nəzarət altına alınıb və alovun yayılmasının qarşısı alınıb.

Hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью