Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dağlıq və dağətəyi rayonlarda bir neçə gündür qarlı hava şəraiti hökm sürür. Yağıntıların qeydə alındığı rayonlar sırasında Qubada yer alır.
Modern.az hazırda hava şəraitiylə əlaqədar yollar və məktəblərin fəaliyyətiylə bağlı məlumat əldə etmək üçün Quba rayon İcra Hakimiyyətinin Xınalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəsimi Məmmədovla əlaqə saxlayıb.
Nümayəndə saytımıza açıqlamasında ərazidə ciddi yol probleminin yaşanmadığını bildirib.
Onun sözlərinə görə, axşam saatlarında qar yağışı və şaxta daha intensiv olub.
“Bu gün avtomobillərin hərəkətində qısa müddətli fasilələr müşahidə olunsa da, dünənə qədər yol tam açıq və işlək vəziyyətdə olub.
Xınalıqda yollar mütəmadi olaraq təmizlənir və daim nəzarətdə saxlanılır.
Bəzən kənddən gediş-gəlişin azalması səbəbindən yolda nəqliyyat vasitəsi görünməsə də, hələlik ciddi problem qeydə alınmayıb”.