Qardaş ölkədə leysan: ölənlər var

14.06.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pakistanın Xayber-Paxtunxva əyalətində güclü leysan yağışları və şiddətli külək nəticəsində azı yeddi nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.

Modern.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti əyalətin Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması İdarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, əlverişsiz hava şəraiti nəticəsində əyalətin bir sıra rayonlarında yaşayış evlərinə ciddi ziyan dəyib. Xüsusilə Bannu, Mansehra və Şanqla rayonlarında evlərin dam və divarlarının dağıldığı bildirilir.

Qeyd olunur ki, təbii fəlakət nəticəsində ölənlərin sayı yeddiyə, yaralananların sayı isə 33 nəfərə yüksəlib.

Hazırda əyalətin Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması İdarəsi zərərçəkənlərə yardım göstərilməsi üçün xilasetmə və koordinasiya işlərini davam etdirir.

Səlahiyyətli qurumlar bölgədə vəziyyəti nəzarətdə saxlayır və əhaliyə ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıqlar edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью