Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Pakistanın Akora şəhərində Darul Ulum Haqqaniyyə mədrəsəsinə bağlı məsciddə partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə "Geo” telekanalı məlumat yayıb.
Partlayış nəticəsində azı 4 nəfər ölüb, 12 nəfər yaralanıb.
Qeyd olunur ki, bu, müsəlmanların müqəddəs Ramazan ayı öncəsi son cümə namazı olduğundan, partlayış zamanı ərazidə çoxlu müsəlman olub.
Darul Ulum Haqqaniyyə mədrəsəsi ölkənin ən böyük islam məktəblərindən biridir.