Qardaş ölkələr arasında 500 milyonluq MÜQAVİLƏ

30.09.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra tədarük müqavilələri və anlaşma memorandumu imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayesi naziri Haluk Görgün sosial media hesabında paylaşımında bildirib.

Onun sözlərinə görə, iki ölkənin müdafiə imkanlarını gücləndirəcək müqavilələr aşağıdakılardır:

TUSAŞ ilə HÜRKUŞ təyyarələrinin tədarükünə dair müqavilə;

ASELSAN ilə ALP-100 radarının tədarükünə dair anlaşma memorandumu;

BAYKAR ilə “Mızrak” ağıllı dolaşan sursatının tədarükünə dair müqavilə;

BAYKAR ilə “Antidot” sisteminin tədarükünə dair müqavilə;

ROKETSAN ilə “Barbaros” sahil müdafiə sisteminin tədarükünə dair müqavilə.

Haluk Görgün qeyd edib ki, müqavilələrin ümumi dəyəri 500 milyon ABŞ dollarını ötür.

“Bu müqavilələrin iki qardaş ölkə üçün xeyirli olmasını arzulayıram”, - deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью