Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanla Pakistan arasındakı dostluq və qardaşlıq münasibətlərinin böyük tarixi keçmişi var.
İki ölkə arasındakı yaxınlıq özünü həm siyasi, həm iqtisadi, həm də hərbi müstəvidə göstərdiyi kimi, eləcə də mədəni-humanitar sahədə də diqqət çəkir.
Şübhəsiz, bu yaxınlığın kökündə bir sıra mətləblər dayanır ki, bunlardan ən başlıcası hər iki xalqın ortaq dəyərlərə — xüsusilə İslam dininə və Şərq mədəniyyətinə mənsub olmasıdır.
Eləcə də Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra Pakistanın bu müstəqilliyi tanıyan ilk ölkələrdən olması xalqlar arasındakı birlik və etimadın yüksək və bariz göstəricisidir.
Məhz həmin dövrdən sonra ölkələr arasındakı beynəlxalq və stratji tərəfdaşlıq sürətli formada inkişaf etmiş, yüksək səviyyəli səfərlər və görüşlərin nəticəsində bu prinsiplər möhkəmlənmişdir.Birinci və İkinci Qarabağ müharibələri zamanı Pakistan qətiyyətli şəkildə Azərbaycanın mövqeyini müdafiə etdiyini bəyan etmiş və Azərbaycanın haqq mübarizəsində Ermənistanın işğalçılıq siyasətini kəskin şəkildə pisləyən bəyanatlar yaymışdır.
1993-cü ilin aprelin 30-da Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Azərbaycan – Ermənistan arasındakı Qarabağ münaqişəsi ilə bağlı 822 saylı qətnaməsinin qəbul olunduğu iclas Pakistanın sədrliyi ilə keçirilmişdir.
Ermənistanın Azərbaycana qarşı qəsbkar və işğalçı davranışı səbəbindən Rəsmi İslamabad bu günə qədər İrəvanla diplomatik münasibətlər qurmamışdır.Milli Məclisin deputatı, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Səbinə Salmanovanın “Sherg.az”a açıqlamasında deyib ki, iki ölkə arasındakı yaxınlıq özünü hələ ötən əsrin ortalarından etibarən göstərməyə başlayıb.