Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Cəlilabadda qardaşlar arasında yaranan mübahisə qanla bitib.
Lent.az xəbər verir ki, hadisə rayonun Adnalı kəndində baş verib.
Kənd sakinləri Əsgər və Nurlan Əsgərov qardaşları arasında mübahisə yaranıb. Bu zaman Əsgər Əsgərov bıçağa əl atıb və qardaşı 1979-cu il təvəllüdlü Nurlan Əsgərova iki bıçaq zərbəsi endirib.
Xəsarəta alan N. Əsgərov ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Məlumata görə, qardaşlar arasında tez-tez mübahisə baş verirmiş.
Faktla bağlı araşdırma aparılır. (APA)