Qardaş Türkiyəyə 7 ayda 2 milyard dollarlıq mal göndərilib

20.08.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycandan Türkiyəyə 1 milyard 949 milyon 137,65 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz və ya 59 milyon 884,47 min dollar azalma deməkdir.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir ki, bu dövrdə Azərbaycan Türkiyədən 1 milyard 330 milyon 880,22 min dollar dəyərində mal idxal edib ki, bu da illik müqayisədə 3,2 faiz və ya 44 milyon 113,32 min dollar azdır. Bu göstəricilər Azərbaycanın ümumi ixracının 10,08 faizini, ümumi idxalının isə 13,47 faizini təşkil edib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью