Qardaşı baltalamışdı, bir ay sonra öldü

27.07.2025

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən ay anası ilə birlikdə qardaşı tərəfindən baltalanan 25 yaşlı Aliyə Namazova bu gün vəfat edib. 

“Qafqazinfo” xəbər verir ki, hadisədən sonra Bakıda xəstəxanalardan birində müalicə olunan qadının həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, hadisə zamanı ruhi-əsəb xəstəsi olduğu bildirilən 31 yaşlı Kainat Namazov anası 55 yaşlı Sevinc Həsənovanı və bacısı Aliyə Namazovaya balta ilə xəsarət yetirib. Daha sonra yaşadıqları evi yandırıb. S.Həsənova hadisə yerində ölmüşdü.

Yunis Quliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью