Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bir neçə gün öncə öz qardaşı övladlarını baltalamaqda ittiham edilən Əli Nağıyevin fotosu yayılıb.
Moderator.az Teleqraf.az-a istinadən həmin fotonu təqdim edir:
"Mənim də qabağımı kəsmişdi, qızım ölsün deyə içəri keçməyə qoymurdu" - Övladları baltalanan ana danışdı
Qeyd edək ki, Əli Nağıyev bir neçə gün əvvəl qardaşı övladları Hüseyn və Həqiqət Nağıyevlərə balta ilə xəsarətlər yetirmişdi. Aldığı ağır xəsarətlərdən Həqiqət Nağıyeva həyatını itirib. Hadisədən sonra saxlanılan Ə.Nağıyevin halı müvəqqəti saxlama yerində pisləşib və o, xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Ə.Nağıyev orada dünyasını dəyişib.
Əli Nağıyevin nəşi kənd qəbiristanlığına gətirilib və məhdud sayda şəxsin iştirakı ilə torpağa tapşırılıb.