Qardaşı qızı Ülviyyənin ölüm səbəbini açıqladı

15.11.2025

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Nuriyeva vəfat edib.

Hadisə ilə bağlı Globalinfo.az-a danışan Xalq artistinin qardaşı qızı Fidan Nuriyeva hər şeyin anidən baş verdiyini qeyd edib:

“Ülviyyə ürək çatışmazlığından əziyyət çəkirdi. Ölümü qəfil oldu. Ailəsi həkimə məlumat verənə kimi, o, artıq dünyasını dəyişmişdi. Bu gün Qalada dəfn etdik. Gülnar adlı bir qızı var, 6-cı sinfdə oxuyur”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью