Qardaşım mənə deyir ki, bəsdir, oynadın!

22.03.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müğənni Günel Zeynalova açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, ifaçı bu dəfə qardaşı ilə bağlı maraqlı etiraf edib. O, bildirib ki, səhnədə davranışı ilə bağlı qardaşından irad eşidir:

"Qardaşımda belə bir xüsusiyyət var. Mən onun yanında oynayanda deyir ki, 'bəsdir, nə qədər oynadın, sakit dayan, mahnını oxu'. Mən də cavab verirəm ki, oynaq mahnını necə sakit oxumaq olar?".

Sənətçinin bu sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi Günelin səhnədə enerjili çıxışlarını dəstəkləsə də, digərləri daha sakit ifa tərzinin üstün olduğunu qeyd ediblər.

Musa
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью