Qardaşım vəfat etməyib Əhəd Abıyev

29.01.2026

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevin qardaşı Nadir Abıyevin vəfat etməsi ilə bağlı məlumat yayılıb.

Mia.az-ın məlumatına görə, Əhəd Abıyev "Unikal"a açıqlamasında bildirib ki, qardaşı dünyasını dəyişməyib:

"Qardaşım Nadir xərçəng xəstəliyindən əziyyət çəkir. Uzun müddət Türkiyədə müalicə alıb.

Daha sonra Vətənə qayıtdı. Hazırda Bakı Sağlamlıq Mərkəzində reanimasiyadadır. Vəfat etməyib", - deyə o əlavə edib.

Qeyd edək ki, Nadir Abıyev 2006-2020-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью