Qardaşımı təbrik edirəm Ərdoğan

12.11.2024

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bacarıqlı təşkilatçılıq və səmimi ev sahibliyinə görə xüsusən qardaşım Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edirəm.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda COP29-un Liderlər Sammitində bildirib.

Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə iqlim dəyişikliyinin mənfi təsirlərini ən çox hiss edən ölkələr arasındadır:

“2053-cü ilə qədər tamamilə sıfır emissiyaya nail olmaq və “Yaşıl inkişaf” baxışımız çərçivəsində iqtisadiyyatda əsas sektorlarında dəyişikliklərə gedirik. Yaşıl maliyyə strategiyasını həyata keçirmək istiqamətində səylərimiz davam edir. Emissiya ticarət sistemini də ehtiva edən “İqlim haqqında” qanını çox yaxında Türkiyə parlamentinə təqdim edəcəyik ”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью