Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Lənkəranda kişi əmisinin arvadını zorladığı üçün 7 dəfə bıçaqlanıb.Mia.az Cenublu.az-a istinadla bildirir ki, hadisənin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Əliyevin sədrliyi ilə keçirilib.Belə ki, 1981-ci il təvəllüdlü lənkəranlı Ziya Əliyev 2009-cu ildən 2018-ci ilədək narkotik istifadəsinə görə 10 il müddətində azadlıqdan məhrum edilib.
Bu müddət ərzində doğulmuş 4 övladının qardaşı oğlanları Rəşad Əliyev, Bəhruz Əliyev və Peyman Əliyevdən olduğunu güman edib.
Həbsdən çıxdıqdan sonra bu fikri ağlından çıxara bilmədiyi üçün arvadı Yeganə Əliyeva ilə münaqişəyə başlayıb və onu dəfələrlə döyüb.
Döydükdən sonra arvadı etiraf edib ki, qardaşı oğlanları Peyman və Bəhruz ona dəfələrlə təcavüz edib. Və uşaqlar Ziyanın övladları deyil.
Bu etirafdan sonra Əli qardaşı oğlu Bəhruza 7, Bəhruzun anası, qardaşı arvadına isə 10 bıçaq zərbəsi vuraraq öldürüb.Ziya Əliyev Azərbaycan Respublikası CM-nin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsilə təqsirləndirilib.Məhkəmədə dindirilən Ziya Əliyev özünü hadisədə təqsirli bilərək zalda ifadə verməkdən imtina edib.
O, istintaqdakı ifadəsini təsdiq edib və ifadə zalda elan olunub:“2009-cu ildə 234-cü maddə ilə mən 10 il həbs olundum.
2018-ci ildə həbsdən çıxdım. 2005-ci ildən Yeganə Əliyeva ilə ailə həyatı qurmuşuq.