Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq. “Qardaşım 2022-ci il 13 sentyabrda ermənilərin törətdiyi təxribat nəticəsində Kəlbəcərdə
Qardaşımın şəhid xəbərindən sonra atam Alik Qocayevin ürəyi partladı, bu xəbərə dözmədi.
Qardaşım tam bir qəhrəman idi, nə qədər qəhrəmanlığından danışsam az olar. Vadim sanki vətən üçün doğulmuşdu.
Atam bizə atalıqdan əlavə həm də dost olub. Ata obrazının necə olmağını onun timsalında görüb öyrənmişik.
Mən qardaşımla da, atamla da fəxr edirəm. Onların yoxluqları bizə çox çətindir. Hər hansısa addımımızda ağlımıza gəlirlər, düşünürük.
Yerləri dolmur, heç vaxt da dolmayacaq. Onlar gedəndən sonra bizim xoşbəxtliyimiz də getdi.
Sanki 13 sentyabrda nəinki qardaşımla atamı, xoşbəxtliyimizi də onlarla birgə dəfn etdik.
Allah heç bir kəsə bu acını göstərməsin, bütün şəhid ailələrinə səbr versin.