Qardaşından Cem Yılmaza ölüm arzulayanlara sərt cavab

31.08.2026

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ağır infarkt keçirərək xəstəxanaya yerləşdirilən və müalicəsi davam edən Cem Yılmazın qardaşı Can sosial mediada yazılan şərhlərə sərt münasibət bildirib.

Axşam.az xəbər verir ki, Can qardaşına ölüm arzulayanları qınayıb:

“Kaş ölsəydi”, “Niyə xilas etdiniz?”, “Niyə ölməyib?”, “Yenə ölmədi” kimi yazanlar var. Heç kimin Cemi sevmək məcburiyyəti yoxdur. Burada məsələ bir insanın sevilməməsi deyil. Sevməmək, tənqid etmək, qəzəblənmək hər kəsin haqqıdır. Amma bir insanın ölməsini arzulamaq bunlardan heç biri hesab edilə bilməz. İnsanın mərhəmətini tanımadığı və ya sevmədiyi birindən bu qədər asanlıqla əsirgəyə bilməsi qəribədir. Birini sevməmək çox insani haldır. Ölməsini istəmək isə deyil”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью